21 fevral 2026 20:22
107

40 yaşlı futbolçudan yeni rekord

"Brayton"un yarımmüdafiəçisi Ceyms Milner İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

“İki sahil” xəbər verir ki, 40 yaşlı futbolçu "Brentford"a qarşı keçirilən matçda meydana çıxmaqla elitada 654-cü oyununu keçirib. Təcrübəli yarımmüdafiəçi bu göstərici ilə Qaret Barrini (653 oyun) geridə qoyaraq Premyer Liqa tarixində ən çox oyun keçirən futbolçu adına sahib çıxıb.

Qeyd edək ki, zəngin karyerası olan Milner indiyə qədər "Lids", "Nyukasl", "Aston Villa", "Mançester Siti", "Liverpul" və "Brayton"un şərəfini qoruyub.

Xatırladaq ki, Ceyms Milner Premyer Liqa səviyyəsində keçirdiyi görüşlərdə ümumilikdə 56 qol vurub və 87 məhsuldar ötürmə ilə yadda qalıb.