ABŞ prezidenti Donald Tramp Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldoya müraciət edib.
“İki sahil” xəbər verir ki, ölkə rəhbəri sosial mediada paylaşdığı video mesajda bildirib: "Kriştiano Ronaldo, sən ən böyüksən. ABŞ-də sən bizə lazımsan. Əşyalarını yığ, sənə ən qısa zamanda ehtiyacımız var".
Kriştiano Ronaldo əvvəllər klub rəhbərliyindən narazılığı səbəbindən "Əl-Nəsr"in oyunlarını boykot etmişdi. Mediada yer alan xəbərlərə görə, portuqaliyalı qış transfer pəncərəsi dövründə Səudiyyə Ərəbistanının Suveren Sərvət Fondundan (PIF) komandaya gücləndirmənin olmamasından məyus olub.