21 fevral 2026 22:39
131

Rusiyada yol qəzasında dörd nəfər ölüb, xəsarət alanlar var

Rusiyanın Orenburq vilayətində magistral yolda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində dörd nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə regional prokurorluq məlumat yayıb.

Məlumata görə, R-239 "Kazan - Orenburq - Akbulak" avtomobil yolunun (Qazaxıstan Respublikası ilə sərhəd) 451-ci kilometrliyində "Toyota" ilə "Mazda" toqquşub. Qəza nəticəsində daha iki nəfər xəsarət alıb.

Qeyd edilir ki, prokurorluq dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı araşdırmaya başlayıb.