22 fevral 2026 15:35
122

Siyarto: Macarıstan Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketini bloklayacaq

Macarıstan Ukrayna "Drujba" boru kəməri ilə neft tədarükünü bərpa edənə qədər Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiya paketini bloklayacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto "X" sosial şəbəkəsində yazıb.

"Sabahkı iclasda Aİ Xarici İşlər Nazirləri Şurası [Rusiyaya qarşı] 20-ci sanksiya paketini qəbul etmək niyyətindədir. Macarıstan buna blok edəcək. Ukrayna "Drujba" boru kəməri vasitəsilə Macarıstan və Slovakiyaya neft tranzitini bərpa edənə qədər Kiyev üçün vacib qərarların qəbul edilməsinə imkan verməyəcəyik", - deyə o bildirib.