Azərbaycan gimnastları Bakıda keçirilən Dünya Kubokunu altı medalla başa vurublar.
“İki sahil” xəbər verir ki, son olaraq Selcan Mahsudova - Maqsud Mahsudov cütü qarışıq sinxron proqramda qızıl mükafat qazanıblar.
Onlar yarışda birinci yeri tutublar. Daha əvvəl tamblinqçilərdən Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medala yiyələnib.
Batutçulardan Maqsud Mahsudov - Hüseyn Abbasov cütü və Selcan Mahsudova - Şəfiqə Hümbətova cütü sinxron proqramda bürünc, Selcan Mahsudova fərdi yarışda gümüş mükafata sahib çıxıb.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib