22 fevral 2026 20:20
91

ATƏT və Gürcüstan rəsmiləri Cənubi Qafqazdakı təhlükəsizlik məsələlərini müzakirə ediblər

Gürcüstan Parlamentinin xarici əlaqələr komitəsinin sədri və ATƏT Parlament Assambleyasındakı Daimi Nümayəndə Heyətinin rəhbəri Nikoloz Samxaradze Vyanada ATƏT PA-nın prezidenti Pere Joan Pons Sampietro ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a Gürcüstan parlamentinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Cənubi Qafqazdakı təhlükəsizlik və sülh məsələləri, Gürcüstanda davam edən daxili siyasi proseslər, o cümlədən bələdiyyə seçkilərindən sonrakı hadisələr müzakirə olunub. Həmçinin ATƏT Parlament Assambleyası nümayəndə heyətinin bu ilin yazında Gürcüstana planlaşdırılan səfəri ilə bağlı məsələ də gündəmə gətirilib.