Avropa İttifaqı rəhbərliyinin Kiyevə planlaşdırılan səfəri gözlənilən “hədiyyələr” olmadan baş tuta bilər.
“İki sahil” xəbər verir ki, ABŞ-ın Politico nəşri yazır ki, Avropa Komissiyasının sədri Ursula von der Leyen və Avropa Şurasının prezidenti António Costa Ukrayna paytaxtına müsbət xəbərlərlə getməyi planlaşdırırdılar. Lakin Rusiyaya qarşı 20-ci sanksiyalar paketi hələ də razılaşdırılmayıb, həmçinin Aİ-nin Ukraynaya 90 milyard avro həcmində kredit ayırmaq təşəbbüsü də bloklanıb.
Nəşr qeyd edir ki, yaranmış vəziyyət Ukrayna üçün arzuolunmaz olmaqla yanaşı, Rusiya Prezidenti Vladimir Putin üçün əlverişli hesab oluna bilər.
Hazırda Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyardlıq kredit Macarıstan tərəfindən bloklanır. Budapeşt Kiyevin “Drujba” neft kəməri vasitəsilə Rusiya neftinin tranzitini bərpa etməyincə mövqeyindən geri çəkilməyəcəyini bildirir.
Eyni zamanda, Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin qəbuluna da mane olacağını açıqlayıb.