BMT İnsan Hüquqları Ali Komissarı Volker Türk dünyanın indiyə qədər İkinci Dünya Müharibəsindən bəri gördüyü ən sərt hakimiyyət mübarizəsi ilə üzləşdiyini bildirib.
“İki sahil” ТАСС-a istinadla xəbər verir ki, o, bu açıqlamanı BMT İnsan Hüquqları Şurası-ın 61-ci sessiyasının açılışında verilib.
Türkün sözlərinə görə, dünya səhnəsində hakimiyyət, nəzarət və resurslar uğrunda mübarizə son 80 ildə görünməmiş sürət və intensivliklə gedir.
O, qeyd edib ki, qlobal hadisələr “dərin narahatlıq doğuran meyl”in əlamətidir və bəzi dövlətlərin dominantlıq və üstünlük yaratmaq istədiyini göstərir.