23 fevral 2026 15:59
116

Niderlandda yeni hökumət and içib

Niderlandda yeni koalisiya hökuməti kral Willem-Alexander qarşısında and içib. Hökumətə “Democrats 66” (D66) partiyasının 38 yaşlı lideri Rob Yetten rəhbərlik edir. O, ölkə tarixində ən gənc baş nazir kimi qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Təntənəli mərasim Haaqadakı Huis ten Bosch sarayının Narıncı zalında keçirilib. Rob Yetten, 17 nazir və 10 dövlət katibi növbə ilə kralın qarşısında and içərək konstitusiyaya sadiq qalacaqlarına və vəzifələrini vicdanla yerinə yetirəcəklərinə söz veriblər. Daha sonra ənənəyə uyğun olaraq hökumət üzvlərinin iqamətgahın pilləkənlərində ümumi fotosu çəkilib.

Niderlandda növbədənkənar parlament seçkiləri 29 oktyabr 2025-ci ildə keçirilib. Sosial-liberal D66 partiyası ifrat sağçı Party for Freedom (PVV) partiyasını təxminən 30 min səs fərqi ilə qabaqlasa da, hər iki siyasi qüvvə parlamentdə 26 mandat qazanıb.