Ukraynanın Avropa İttifaqına (Aİ) qəbul olunmayacağına dair yeganə zəmanət Viktor Orbandır.
“İki sahil” “Hungaria Today”ə istinadla xəbər verir ki, bunu Almaniya üçün Alternativ (AfD) təşkilatının həmsədri Alis Vaydel deyib.
O, fikrini belə əsaslandırıb ki, Ukrayna üzvlük tələblərinə heç də cavab vermir, hətta korrupsiya indeksi baxımından belə.
Alis Vaydelin sözlərinə görə, Ukrayna iqtisadi məlumatları və ümumi siyasi transfer prosesinə görə Aİ-yə qoşulmaq üçün uyğun deyil. AfD sədri bildirib ki, Ukrayna qeyri-mütəşəkkil, tamamilə işləməyən bir dövlətdir və buna görə də heç vaxt Aİ-yə qəbul edilməməlidir. O, üzvlüyə namizəd Monteneqro və Serbiya kimi ölkələrin "açıq-aşkar Ukrayna ilə qarışdırıldığını" əlavə edib. A.Vaydel Ukraynanın nə Aİ-nin, nə də NATO-nun üzvü olmamalı olduğunu qeyd edib.
A. Vaydelin sözlərinə görə, AfD-nin məqsədi, Macarıstanın hakim partiyasının məqsədi kimi, Avropaya sülh gətirməkdir və bunun üçün münaqişənin hər iki tərəfi ilə danışmaq lazımdır. O, Almaniya hökumətinin keçmişdən heç nə öyrənmədiyini və yaranmış vəziyyəti zərərli hesab etdiyini açıq şəkildə ifadə edib.
Almaniya hökuməti eyni zamanda ABŞ, Çin və Rusiya ilə necə münaqişədə ola bilər?” deyə siyasətçi sual verib.
Alis Vaydelin fikrincə, Ukraynadakı müharibənin proksi müharibədir və yalnız ABŞ sülhə nail olmaq iqtidarındadır: “Müharibə Rusiya ilə Ukrayna arasında deyil, ABŞ və Rusiya arasında aparılır və buna görə də bu iki ölkə danışıqlarda tərəfdaşdır”.
Onun fikrincə, sülh prosesinə hazırda öz xalqı tərəfindən qəbul edilməyən Ukrayna prezidenti Zelenskini dəstəkləyən Avropa liderləri mane olur ki, bu da böyük problemdir: “Biz oradakı işlərin heç vaxt başa çatmaması riskini daşıyırıq, buna görə də o, avropalıların geri çəkilməsini, neytral qalmasını, vasitəçilik mövqe tutmasını və olduqlarından daha böyük olmağa çalışmamasını təklif edirik”.
Alman siyasətçisi xəbərdarlıq etdi ki, Brüssel müxalifət liderini hökumətə gətirmək üçün Macarıstan seçkilərinə güclü təsir göstərir. O, Peter Magyarı etibarsız və məqsədi Macarıstanı Avropa Birliyinə daha sıx bağlamaq və Brüsselin dediklərini həyata keçirmək olan “Brüssel kuklası” kimi təsvir etdi. Alis Vaydel qeyd etdi ki, Peter Magyar seçilərdə, Macarıstanın müstəqilliyini itirəcək.
Məhərrəm Ağalaroğlu, “İki sahil”