23 fevral 2026 21:51
101

Avropanın Qazaxıstana yatırdığı investisiyaların ümumi həcmi 200 milyard dolları ötüb

2005-ci ildən etibarən Avropanın Qazaxıstana yatırdığı investisiyaların ümumi həcmi 200 milyard ABŞ dollarını ötüb.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Kuantırov məlumat verib. O, bu bəyanatı Avropa İttifaqının səfirlərindən, həmçinin İsveçrə, Böyük Britaniya və Kanadanın diplomatlarından ibarət nümayəndə heyəti ilə birlikdə Qızılordaya səfəri zamanı səsləndirib.

Nazir müavini vurğulayıb ki, Avropa İttifaqı Qazaxıstanın ən böyük ticarət tərəfdaşı olaraq qalır, belə ki, Mərkəzi Asiya ilə Aİ arasında ümumi ticarətin təxminən 80 faizi Qazaxıstanın payına düşür.

A.Kuantırov Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) nəqliyyat bağlantısı kontekstində və Aİ-nin “Global Gateway” strateji təşəbbüsünün həyata keçirilməsi baxımından Qızılorda vilayətinin yüksək əhəmiyyətini qeyd edib.