23 fevral 2026 22:29
117

Fitso: Slovakiya Ukraynaya elektrik enerjisi tədarükünü dayandırır

Slovakiyanın Baş naziri Robert Fitso ölkənin elektrik şəbəkələri operatoruna Ukraynaya elektrik enerjisi tədarükünün dayandırılması barədə xahiş ünvanlayıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.

Baş nazir vurğulayıb ki, qərar Kiyevin "Drujba" boru kəməri ilə neft nəqlini hələ də bərpa etməməsi ilə əlaqədardır.

Fitsonun sözlərinə görə, bu gündən etibarən Ukrayna tərəfi ölkənin enerji şəbəkəsinin sabitləşdirilməsində kömək üçün Slovakiyaya müraciət edərsə, o, bu köməyi almayacaq.

"Təkçə 2026-cı ilin yanvar ayında bu fövqəladə tədarüklər Ukraynanın enerji şəbəkəsinin sabitləşdirilməsi üçün 2025-ci ilin bütöv dövrü ilə müqayisədə iki dəfə daha çox lazım olub", - o yazıb.