Serbiya strateji məsələlərdə ABŞ-ın dəstəyini almaq niyyətindədir.
“İki sahil” xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç ABŞ-a səfər öncəsi deyib.
XİN başçısının sözlərinə görə, səfər çərçivəsində Ağ Ev, ABŞ Konqresi, Dövlət Departamenti və vətəndaş cəmiyyəti nümayəndələri ilə Serbiyanın ən vacib mövzuları olan regional təhlükəsizlik, Kosovo məsələsi, iqtisadi əməkdaşlıq, energetika və daha geniş strateji məsələlər ətrafında müzakirələr aparacaq.
O qeyd edib ki, Serbiya intensiv siyasi dialoq vasitəsilə ABŞ ilə münasibətlərə əlavə təkan vermək və 2026-cı ildə Serbiya-Amerika əlaqələrinin tam potensialına nail olmaq niyyətindədir. Nazirin sözlərinə görə, mövcud siyasi çərçivə, xüsusilə Donald Tramp administrasiyası dövrü əməkdaşlığın təkmilləşdirilməsi üçün böyük fürsətdir.
Energetika məsələsi və NIS şirkəti barədə danışan Marko Curiç qeyd edib ki, bu, Serbiya-ABŞ dialoqunda yeganə mövzu olmamalıdır, lakin Serbiyanın neft emalı zavodunun böyük güclər arasındakı mürəkkəb münasibətlərin "girov"una çevrilməməsi barədə anlayışın əldə edilməsi də vacibdir.
Suriyada İŞİD-in hücumu zamanı hüquq-mühafizə orqanlarının 4 əməkdaşı öldürülüb
Meksikada kartel liderinin ölümündən sonra toqquşmalarda 25 Milli Qvardiya əsgəri həlak olub