ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Prezidentin kürəkəni Cared Kuşner bu həftə İranla danışıqların yeni raundunda iştirak etmək üçün Cenevrəyə yollanmağı planlaşdırırlar.
“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Prezident Donald Trampın xüsusi nümayəndəsi və kürəkəni cümə axşamı İranla danışıqların növbəti raundunda iştirak edəcəklər. ABŞ və İran diplomatları son həftələr nüvə sazişi üzrə razılığa gəlməyə çalışırlar.
Bununla yanaşı, agentlik qeyd edib ki, ABŞ Yaxın Şərqdə iki aviadaşıyıcı, qırıcılar və yanacaqdolduran təyyarələr də daxil olmaqla, əhəmiyyətli qüvvə topladığı üçün İrana zərbələr endirilməsi ehtimalı qalmaqdadır.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir