Asiya-Sakit okean regionunda təxminən 600 milyon insan gecəqondularda yaşayır, şəhər sakinlərinin üçdə ikisi isə aşağı əməkhaqqına çalışır.
“İki sahil” xəbər verir ki, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Armida Salsia bunu Banqkokda keçirilən forumda deyib. “Hazırda şəhərlər regionun iqtisadi gücünün təxminən beşdə dördünü təşkil edir. Bu şəhərlərdə 600 milyon insan gecəqondularda yaşayır. Sakinlərin üçdə ikisinin aşağı əməkhaqqına çalışdığını nəzərə alsaq, onların vəziyyəti yalnız təhsilə və sosial müdafiəyə geniş çıxış yolu ilə yaxşılaşdırıla bilər”, - deyə o bildirib.
BMT-nin Davamlı İnkişaf Məqsədlərinin icrası barədə danışan Armida Salsia qeyd edib ki, son 10 ildə regionda içməli su ilə bağlı vəziyyət yaxşılaşıb, lakin sanitariya-gigiyena xidmətlərinə çıxış imkanı qeyri-bərabər qalıb.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir