Ermənistan və İran arasında ötən il keçirilən hərbi təlimlər gələcəkdə də baş tuta və daha böyük miqyasda ola bilər.
“İki sahil” xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami jurnalistlərlə söhbətində bildirib.
O, Ermənistanın müdafiə naziri Suren Papikyanın hazırda Tehranda rəsmi səfərdə olduğunu xatırladıb ki, bu da iki ölkə arasında münasibətlərin yüksəlişini göstərir. Diplomat izah edib ki, Papikyanın səfəri əvvəlcədən planlaşdırılıb.
“Bu, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafını daha da nümayiş etdirir. Bu səfər zamanı tərəflər müxtəlif mövzular üzrə fikir mübadiləsi apara və əməkdaşlığı dərinləşdirə biləcəklər”, - deyə səfir əlavə edib.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir