Rusiya-Ukrayna müharibəsindən dörd il keçməsinə baxmayaraq, bu, kollektiv vicdanımızda ləkə olaraq qalır.
“İki sahil” xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş Rusiya-Ukrayna müharibəsinin başlamasının dördüncü ildönümü münasibətilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında çıxışında bunu bildirib və dərhal atəşkəs çağırışını təkrarlayıb.
Quterreş ABŞ-ın və digər ölkələrin müharibəyə son qoymaq səyləri barədə danışıb, lakin gərginliyin azaldılması və diplomatiya üçün yer yaradılması üçün konkret tədbirlərin görülməsinə ehtiyac olduğunu vurğulayıb.
Müharibədən danışan Quterreş bildirib: "Beynəlxalq hüququn bu ciddi şəkildə pozulmasının kaskad nəticələrinin şahidi olduq".
Onun sözlərinə görə, Ukraynada müharibənin başlanğıcından bəri 15 mindən çox mülki şəxs həlak olub, 41 mindən çox insan yaralanıb. Ölən və yaralananlar arasında 3200 uşaq var.
Quterreşin bəyanatını onun adından BMT-nin Sülh Quruculuğu üzrə Baş katibinin müavini Rozmari Dikarlo oxuyub.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir