Qazaxıstanın Karaqanda vilayətində planlı təlim-məşq uçuşlarının icrası zamanı "Su-30SM" qırıcısı qəzaya uğrayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyindən bildirilib.
Qəzanın baş verdiyi ərazi mühasirəyə alınıb. Əhali və infrastruktur obyektləri üçün təhlükə qeydə alınmayıb.
Hadisənin baş vermə səbəbləri və şəraitinin müəyyən edilməsi üçün Uçuş Təhlükəsizliyi Departamentinin rəisinin başçılığı ilə xüsusi komissiya yaradılıb.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir