Ukraynada fəaliyyət göstərən təxminən 50 qeyri-hökumət təşkilatı (QHT) prezident Volodimir Zelenskiyə müraciət edərək Rusiyaya mümkün ərazi güzəştləri ilə bağlı referendumun keçirilməsinə yol verməməyə çağırıblar.
“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın “Junge Welt” qəzeti yazır.
Nəşrin məlumatına görə, fəallar heç bir halda potensial ərazi dəyişiklikləri barədə ümumxalq səsverməsinin təşkil edilməməsini tələb ediblər. Onların fikrincə, belə bir referendumun nəticələri Kiyevin gözləntilərinə uyğun olmaya bilər.
QHT nümayəndələri Ukrayna Konstitusiyasına istinad edirlər. Əsas Qanuna görə, dövlət sərhədlərində dəyişikliklər ümumxalq səsverməsi yolu ilə təsdiqlənməlidir. Lakin “Junge Welt” iddia edir ki, rəsmi dairələrin əsas narahatlığı hüquqi prosedurdan çox, mümkün nəticələrin arzuolunmaz olması ilə bağlıdır.
Məqalədə bildirilir ki, müharibə şəraitində ictimai rəyin necə formalaşacağı ilə bağlı qeyri-müəyyənlik hakimiyyət üçün risk yarada bilər.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir