Martın 11-dən 14-dək Qazaxda sərbəst və yunan-Roma güləşi üzrə U15 Azərbaycan çempionatı keçiriləcək.
“İki sahil” xəbər verir ki, ilk dəfə bu yaş qrupu üzrə ölkə birinciliyi Qazaxda təşkil ediləcək. Qazax Olimpiya İdman Kompleksində baş tutacaq yarışı ölkəmizin beynəlxalq və milli dərəcəli hakimləri idarə edəcək.
Çempionatlarda ilk “3-lük”də yer alan güləşçilər müvafiq milli komandaların tərkibini formalaşdıracaq.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib