Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya xidmətləri almaq üçün Bakıya gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsində məlumat yayıb.
"2026-cı ildəki ilk qrup - Ukraynadan olan 26 uşaq Bakıya gəlib. Ukraynanı müdafiə edənlərin uşaqları peşəkar qulluq və reabilitasiya alacaqlar", - o yazıb.
Səfirin sözlərinə görə, 2022-ci ildən bəri Azərbaycanda 498 ukraynalı uşaq reabilitasiya keçib. Qusev həmrəylik və dəstəyə görə Azərbaycana bir daha təşəkkür edib.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir