Macarıstanın Baş naziri Viktor Orban Ukraynadan mümkün hücumların qarşısını almaq məqsədilə ölkənin əsas enerji obyektlərinin yaxınlığında hərbçilərin və hərbi texnikanın yerləşdirilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, o, bu barədə "Facebook" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat paylaşıb.
Baş nazirin sözlərinə görə, əlavə olaraq gücləndirilmiş polis qüvvələri elektrik stansiyaları, paylayıcı yarımstansiyalar və idarəetmə mərkəzləri ətrafında patrul xidməti həyata keçirəcək.
V.Orban bildirib ki, Ukrayna ilə sərhədyanı rayonlarda pilotsuz uçuş aparatlarının uçuşuna qadağa tətbiq ediləcək. Bununla yanaşı, hökumət enerji infrastrukturunun mühafizəsini daha da gücləndirəcək.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir