ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) Aya qayıtmaq proqramının bir hissəsi olan "Artemis" Orion kosmik gəmisinin ilk ekipaj missiyası olan Artemis II raketini təmir üçün buraxılış meydançasından anqara çəkmək qərarına gəldiyi bildirilir.
“İki sahil”in məlumatına görə, NASA bildirib ki, təxminən bir aydır Floridadakı Kennedi Kosmik Mərkəzində gözləyən raketin helium təzyiq sistemində nasazlıq yaranıb.
Bəyanatda qeyd olunur ki, 98 metr uzunluğunda olan Artemis II raketi helium təzyiq sistemindəki tıxanmanı aradan qaldırmaq üçün anqara çəkilib.
Əvvəllər donma temperaturu səbəbindən fevral ayına təxirə salınan buraxılış, maye hidrogen sızması və texniki nasazlıqlar səbəbindən mart ayına təxirə salınıb. Lakin son texniki problemlərdən sonra Artemis II-nin Ay orbitinə uçuşunun aprel ayından tez baş tutmayacağı bildirilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”