25 fevral 2026 22:16
124

İran ABŞ-nin regionda hərbi mövcudluğunu artırması fonunda neft ixracını çoxaldıb

İran son günlərdə neft ixracını kəskin şəkildə artırıb, ekspertlərin fikrincə, bu, ölkənin ABŞ tərəfindən gələ biləcək mümkün təhlükəyə hazırlıqla əlaqəli ola bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Kpler" analitik şirkətinin məlumatlarına əsasən, fevralın 15-20-si Xarq adasından ixrac təxminən 20,1 milyon barel təşkil edib - bu, yanvarın eyni tarixlərində yola salınan həcmdən təxminən üç dəfə çoxdur. Bu, ölkənin adi gündəlik səviyyəsini üstələyir və 3 milyon bareldən çoxdur.

Ekspertlər qeyd edib ki, yükləmələrin belə kəskin artımı ABŞ-nin Fars körfəzi regionunda hərbi mövcudluğunu gücləndirməsi ilə üst-üstə düşür, bu isə Tehran üçün ehtiyat tədbiri və sığorta rolunu oynaya bilər.