25 fevral 2026 23:00
134

KİV: BVF Ukraynaya 8,1 milyard dollar kredit ayrılması barədə sazişi nəzərdən keçirəcək

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası fevralın 26-da Ukraynanın 8,1 milyard dollar həcmində yeni maliyyələşmə proqramını nəzərdən keçirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Xatırladaq ki, fevralın 19-da BVF-nin rəsmi nümayəndəsi Culi Kozak brifinqdə bildirib ki, qurumun ekspertlər qrupu yaxın günlərdə yeni proqramı maliyyə qurumunun İcraiyyə Şurasının müzakirəsinə təqdim edəcək.

BVF Ukraynanın əsas kreditorlarından biridir. Hazırda 2023-2027-ci illər üçün nəzərdə tutulan 15,6 milyard dollar həcmində genişləndirilmiş kreditləşmə proqramı qüvvədədir. Lakin Kiyev yenisinin işə salınması xahişi ilə fonda müraciət edib. Yeni proqramla bağlı danışıqlar artıq gedir, onun həcminin 48 ay müddətinə 8,1 milyard dollar təşkil edəcəyi gözlənilir.