26 fevral 2026 00:40
111

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 40-a çatıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 40-a yüksəlib, onlarla insan hələ də itkin düşmüş hesab olunur.

“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yanğınsöndürmə-xilasetmə xidməti məlumat yayıb.

"Braziliyanın cənub-şərqindəki Minas-Jerays ştatında leysan yağışlar nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, daşqınlar və torpaq sürüşmələri Juis-di-Fora və Uba şəhərlərində təxminən 3 600 nəfərin təxliyə edilməsinə səbəb olub, 27 nəfər isə hələ də itkin düşmüş hesab olunur.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, daha əvvəl Braziliyadakı leysanlar nəticəsində 30 nəfərin öldüyü, daha 39 sakinin isə itkin düşdüyü bildirilmişdi.