Böyük Britaniya parlamentinin İcmalar Palatasının deputatı Bob Blekmen Xocalı soyqırımı ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Britaniyadakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, müvafiq sənəd parlamentin rəsmi saytında yerləşdirilib.
Həmin sənəddə 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin, Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə, Xocalıda törətdiyi vəhşiliklər xatırladılıb, 613 dinc azərbaycanlının amansızcasına qətlə yetirildiyi, onların arasında 106 qadın, 63 uşaq və 70 yaşlının olduğu vurğulanıb. Xocalı faciəsi Azərbaycan vətəndaşlarına qarşı törədilmiş ağır bir cinayət kimi qiymətləndirilib.
Qanunvericilik təşəbbüsündə həmçinin Ermənistan və Azərbaycan arasında normallaşma və davamlı sülh istiqamətində atılan addımlar alqışlanıb.
Yanukoviçin sabiq köməkçisinin qətlində şübhəli bilinən şəxs Almaniyada saxlanılıb