Qeyri-qanuni mühacirləri aparan qayığın Krit adası yaxınlığında çevrilməsi nəticəsində 21 misirli həlak olub. Yunanıstana tərəf üzən qayıqda ümumilikdə 50 nəfər olub.
“İki sahil” xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat verib. Bildirilir ki, batan şəxslərin üçünün meyiti sudan çıxarılıb. Qalanların axtarışı davam edir.
Qeyd olunur ki, bu, son iki ay ərzində misirli qeyri-qanuni mühacirlərin ölümü ilə nəticələnən ikinci hadisədir. Dekabrda baş vermiş oxşar hadisədə 14 misirli həlak olmuşdu.
Misir tərəfi itkin düşənlərin axtarışlarının sürətləndirilməsi barədə göstəriş verib. Misirin Afinadakı səfirliyindən bildirilib ki, qayıq qonşu dövlətlərdən birindən Yunanıstana istiqamət alıbmış.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2026-cı ilin əvvəlindən Aralıq dənizində oxşar hadisələr nəticəsində 600-dən çox mühacir həyatını itirib.
Yanukoviçin sabiq köməkçisinin qətlində şübhəli bilinən şəxs Almaniyada saxlanılıb