Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin keçmiş müşaviri, İspaniyada güllələnən hüquqşünas Andrey Portnovun qətlində şübhəli bilinən şəxs Almaniyada saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Antena 3" telekanalı məlumat yayıb.
Bildirilir ki, saxlanılan şəxs Ukrayna vətəndaşıdır və qətlin birbaşa icraçısı hesab olunur. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Almaniyanın şimal-qərbində yerləşən Haynsberq şəhərində həyata keçirilən əməliyyatda İspaniya və Almaniya polisi birgə iştirak edib.