Kolumbiyanın şimal-qərbində güclü vulkan püskürməsi nəticəsində göyə nəhəng alov sütunu yüksəlib.
"İki sahil" bu barədə yerli KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hadisə yerinin yaxınlığında Siete-Vueltas kəndi, həbsxana və təmizləyici qurğular yerləşir. Sosial şəbəkələrdəki şahidlərin bildirdiyinə görə, püskürmə yerindən bir neçə kilometr uzaqlıqda torpaqda nəhəng çatlar və asfaltdakı yarıqlar aşkar edilib.
Hazırda ölənlər və xəsarət alanlar barədə dəqiq məlumat yoxdur, lakin yerli hakimiyyət orqanları əhalini təcili şəkildə təxliyə edir.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir