Fevralın 26-na planlaşdırılan ABŞ-İran danışıqları, əsasən, Tehranın nüvə proqramına həsr olunacaq, Tehran isə öz ballistik raketləri məsələsinin gündəliyə salınmasından imtina edir.
“İki sahil” "Associated Press" agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio bildirib.
"Qeyd etmək istərdim ki, İranın ballistik raketlər barədə dialoq aparmaqdan ardıcıl şəkildə imtina etməsi ciddi problem yaradır", - Rubio jurnalistlərə bəyan edib.
Dövlət katibi vurğulayıb ki, İran Amerika tərəfi ilə raket mövzusunda da danışıqlar aparmalıdır.
Daha əvvəl Ağ Ev rəhbəri Donald Tramp konqresə müraciətində bildirmişdi ki, İran gələcəkdə Birləşmiş Ştatların ərazisinə çata biləcək raketlərin hazırlanması ilə məşğuldur. Sonradan İran xarici işlər naziri bu iddianı təkzib edərək vurğulayıb ki, Tehran öz raketlərinin mənzilini müstəqil şəkildə 2 min km ilə məhdudlaşdırıb.
Yanukoviçin sabiq köməkçisinin qətlində şübhəli bilinən şəxs Almaniyada saxlanılıb