Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, 8 cavab oyunundan 4-ü Bakı vaxtı ilə saat 21:45-də, digər 4-ü isə saat 00:00-da başlayacaq.
Türkiyənin “Fənərbağça” klubu İngiltərədə “Nottingem Forest”in qonağı olacaq. İlk matçda İstanbul təmsilçisi 3 cavabsız qolla uduzub.
Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunları
26 fevral
21:45. "Srvena Zvezda" (Serbiya) – "Lill" (Fransa)
İlk oyun – 1:0
21:45. "Ferensvaroş" (Macarıstan) – "Ludoqorets" (Bolqarıstan)
İlk oyun – 1:2
21:45. "Viktoriya" (Çexiya) – "Panatinaikos" (Yunanıstan)
İlk oyun – 2:2
21:45. "Ştutqart" (Almaniya) – "Seltik" (Şotlandiya)
İlk oyun – 4:1
00:00. "Nottinqem Forest" (İngiltərə) – "Fənərbağça" (Türkiyə)
İlk oyun – 3:0
00:00. "Genk" (Belçika) – "Dinamo" (Xorvatiya)
İlk oyun – 3:1
00:00. "Selta" (İspaniya) – PAOK (Yunanıstan)
İlk oyun – 2:1
00:00. "Bolonya" (İtaliya) – "Brann" (Norveç)
İlk oyun – 1:0
Qeyd edək ki, "Portu", "Braqa" (hər ikisi Portuqaliya), "Midtüllann" (Danimarka), "Betis" (İspaniya), "Frayburq" (Almaniya), "Lion" (Fransa), "Roma" (İtaliya) və "Aston Villa" (İngiltərə) 1/8 finala vəsiqəni Liqa mərhələsində təmin ediblər.