26 fevral 2026 10:37
173

NBA: “Boston Seltiks”in qələbə seriyası başa çatıb

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) daha altı qarşılaşma keçirilib.

“İki sahil” xəbər verir ki, “Boston Seltiks” öz meydanında “Denver Naqqets”ə 84:103 hesabı ilə məğlub olub. Bununla da ev sahibi komandanın müntəzəm mövsümdə dörd oyunluq qələbə seriyası başa çatıb.

“Boston Seltiks” hazırda Şərq Konfransının turnir cədvəlində ikinci, “Denver Naqqets” isə Qərbdə dördüncü yerdədir.

Matçların nəticələri

“Oklahoma Siti Tander” - “Detroit Pistons” – 116:124

“San-Antonio Spörs” - “Toronto Reptors” – 110:107

“Qolden Steyt Uarriors” - “Memfis” – 133:112

“Sakramento” - “Hyuston Rokets” – 97:128

“Klivlend Kavalyers” - “Miluoki Baks” – 116:118

“Boston Seltiks” - “Denver Naqqets” – 84:103.