Qarabağdakı keçmiş qondarma rejimin separatçı birliyinin “komandiri” Samvel Babayan Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak etmək istəmir.
“İki sahil” xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nəşr yazır ki, Babayan seçkilərlə bağlı qərarını yaxın zamanda açıqlayacağını bildirib. Lakin onun dostların biri “Hraparak”a deyib ki, Babayan nə “artsax” əhalisi, nə də Ermənistan ictimaiyyətində sevildiyinin fərqindədir. Yəni seçkilərdə səs toplaya biləcəyini düşünmür, bu səbəbdən də qatılmaq istəmir.
İddialara görə, o, yalnız seçkilərə qatılması xahiş ediləcəyi və güclü dəstək veriləcəyi təqdirdə bunu etməyi düşünür.
Qeyd edək ki, Ermənistanda müxalifətin bir blok ətrafında birləşərək baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim Mülki Müqavilə Partiyasına qarşı mübarizə aparmağı nəzərdən keçirdiyi bildirilir.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir