Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən 1-ci və 2-ci dərəcəli məşqçi kursları təşkil olunacaq.
“İki sahil” xəbər verir ki, kurslar nəzəri və praktiki hissələrdən ibarət olacaq. Təlimlər Bakı şəhərində FIVB-nin məşqçi-müəllimi, professor Cengiz Akarçeşme tərəfindən keçiriləcək. Tədris proqramının yekununda təşkil olunacaq imtahandan uğurla keçəcək iştirakçılara AVF-nin “1-ci dərəcə” və “2-ci dərəcə” sertifikatları təqdim ediləcək.
“1-ci dərəcə” sertifikatı alan məşqçi-müəllimlər yerli çempionatlarda rəsmi məşqçi kimi fəaliyyət göstərə biləcəklər. Hər iki mərhələni uğurla başa vuran mütəxəssislər isə FIVB-nin Level 1 seminarında iştirak hüququ əldə edəcəklər.
AVF-nin “1-ci dərəcə” və “2-ci dərəcə” məşqçi kurslarından sonra ölkəmizdə FIVB-nin “Level-1” və “Level-2” kursları da təşkil olunacaq.
Qeyd edək ki, ötən il federasiya tərəfindən Qəbələ, Sumqayıt və Bakı şəhərlərində “1-ci dərəcə” məşqçi kursları təşkil olunub. AVF gələcəkdə paytaxtla yanaşı, digər bölgələrdə də hər iki dərəcə üzrə kursların keçirilməsini planlaşdırır.
Təlim proqramı:
30 mart – 4 aprel: “1-ci dərəcə”
6 – 10 aprel: “2-ci dərəcə”