27 fevral 2026 10:18
84

"BakuBus" Naxçıvanda fəaliyyətə başlayır

Yaxın vaxtlarda "BakuBus" MMC Naxçıvan şəhərində fəaliyyətə başlayacaq.

"İki sahil" bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, marşrut xətləri, müasir avtobuslar və nağdsız ödəniş sistemi ilə Naxçıvan şəhərinin sakinlərinə rahat və təhlükəsiz sərnişindaşıma xidməti təqdim olunacaq.