Konqo Demokratik Respublikasının Uvira şəhərində qazıntı işləri aparılan yerdən kütləvi məzarlıq aşkar edilib.
“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, məzarlıqdan ümumillikdə 171 meyit tapılıb.
Kütləvi məzarların M23 üsyançı qrupunun Uviranı idarə etdiyi dövrə aid olduğu güman edilir. Xatırladaq ki, M23 qrupu 2025-ci ilin dekabr ayında Uviranın nəzarətini ələ keçirib və eyni ayın sonunda şəhərdən geri çəkilib.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir