27 fevral 2026 12:56
106

Qərb mediası: Aİ səfirləri Avropanı bunkerdən idarə edirlər

Qərb mediası Avropa diplomatları arasında görüşlərin gizli və təhlükəsiz bir müəssisədə keçirildiyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Nəşr bildirib ki, müzakirələr Brüsseldə yerləşən bunkerdə keçirilir. Məkan qlobal çağırışlara və münaqişələrə sürətli reaksiya vermək üçün seçilib.

"Görüşlər Aİ Daimi Nümayəndələr Komitəsi Coreper II tərəfindən təşkil olunur. Binadakı bütün otaqların telefon danışıqları dinlənilir", - nəşr mənbələrə istinadən yazıb. 

Müəlliflər hesab edirlər ki, məhz belə otaqlarda ən aktual məsələlər, o cümlədən Avropanın idarə olunması və son beynəlxalq böhrana cavab tədbirləri müzakirə olunur.