27 fevral 2026 14:44
48

AQTA sədri Şamaxıda vətəndaşları qəbul edib

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli fevralın 27-si Şamaxıda Şamaxı, Ağsu, İsmayıllı, Qobustan rayonlarından olan vətəndaşları qəbul edib. “İki sahil” xəbər verir ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.