Rusiyanın Baş naziri Mixail Mişustin Adam Xakimovun Rusiyanın Azərbaycandakı yeni ticarət nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb.
“İki sahil” xəbər verir ki, bu sərəncam hüquqi aktların rəsmi portalında dərc edilib.
"Adam Salaudinoviç Xakimov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi təyin edilsin", - deyə sərəncamda qeyd olunub.
Rusiyanın Baş naziri başqa bir sərəncamla, xidmət müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq Ruslan Mirsayapovu vəzifəsindən azad edib.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir