28 fevral 2026 11:54
95

Yüksək Liqada XV tura yekun vurulur

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV tura bu gün yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçiriləcək.

"Xilasedici" "Murov Az Terminal"ı qəbul edəcək. Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalındakı oyun saat 16:00-da start götürəcək.

Qeyd edək ki, XV turda daha əvvəl "Ordu" "Gənclər"i 3:0, "Neftçi" "Azərreyl"i 3:2 hesabı ilə üstələyib.