28 fevral 2026 13:44
130

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti dayandırılıb

Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bu gün dayandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avtobus reyslərinin fəaliyyəti ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, bu gün İsrail Dövləti ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qabaqlayıcı zərbə endirib. İsrailin bütün ərazisində dərhal fövqəladə vəziyyət elan edilib. İsrail və İran hava məkanını bağlayıb. Məlumatlarda qeyd olunub ki, ABŞ İsrailin İrana endirdiyi zərbələrdə iştirak edir.