28 fevral 2026 14:07
142

"Böyük Dəbilqə": Ömər Rəcəbli finala vəsiqə qazanıb, digərləri məğlub olub

Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb.

“İki sahil” xəbər verir ki, Ömər Rəcəbli (81 kq) bu raundadək irəliləyə bilib.

Bu gün tatamiyə çıxan Kamran Süleymanov (73 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) medal şanslarını itirib.

Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq. Ötən gün Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) gümüş medal qazanıb.