Misli Premyer Liqasının 22-ci turunda “Şamaxı” “Neftçi”ni qəbul edib.
“İki sahil” yazır ki, umanlı hava şəraitində keçirilən oyunun 60-cı dəqiqəsində Vensan Abubakar hesabı açıb. 74-cü dəqiqədə isə Sezar Enrike bərabərlik qolunu vurub.
90+1-ci dəqiqədə Vensan Abubakar özünün və komandasının ikinci qolunu vuraraq “Neftçi”ni hesabda yenidən önə çıxarsa da 90+8-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Rossi hesabı bərabərləşdirib - 2-2.
Misli Premyer Liqası,
22-ci tur
28 fevral (şənbə)
14:30. “Şamaxı” 2-2 “Neftçi”
Qollar: Vensan Abubakar, 60 (0-1), Sezar Enrike, 74 (1-1), Vensan Abubakar, 90+1 (1-2), Karim Rossi, 90+8-pen. (2-2)
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Pərvin Talıbov
Şamaxı şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”