Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə “Strandja” beynəlxalq turnirində daha bir medalı rəsmiləşdirib. “İki sahil” xəbər verir ki, komandamızın heyətində Bilalhəbaşi Nəzərov (50 kq) fəxri kürsüyə yüksəlib.
O, yarışı gümüş medalla başa vurub.
Beləliklə, milli turniri 2 mükafatla bitirib. Boksçularımızdan daha öncə Malik Həsənov (65 kq) üçüncü yeri tutub.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib