Tehranın Pazdah Xordad küçəsindəki Ərg meydanı bombalanıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Həft Sobh" qəzeti yazıb.
Bombalanma nəticəsində ərazidəki Gülüstan sarayı zədələnib.
Qeyd edək ki, Gülüstan sarayı Səfəvi sülaləsindən I Şah Təhmasibin hakimiyyəti dövründə tikilib. Zənd sülaləsi dövründə Gülüstan qısa müddətə Kərim xanın iqamətgahı olub, lakin Qacarlar dövründə saray şahların yeni paytaxtda yerləşməsi üçün xeyli genişləndirilib. Pəhləvilər dövründə Gülüstan Sarayı rəsmi mərasimlər və prezidentlərin və xüsusi xarici qonaqların iqamətgahı üçün istifadə edilib.
Gülüstan Sarayı 2013-cü ilin iyul ayında UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.