02 mart 2026 12:48
113

Uçuşların ləğvi səbəbindən Bali adasında qalan turistlərə 30 gün vaxt verilib

Bali adasında reyslərin ləğv olunması səbəbindən qalan turistlər İndoneziyada əlavə 30 gün qalmaq imkanına malik olacaqlar.

“İki sahil” xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.

Məlumata görə, reysləri ləğv olunan turistlər məcburi səbəblərdən ölkədə qalmaq üçün 30 gün müddətinə icazə ala bilərlər və bu müddəti uzatmaq mümkündür. İcazəni hava limanında və ya immiqrasiya ofisində əldə etmək olar.

Immiqrasiya xidməti qeyd edib ki, əgər xarici vətəndaşlar reysin ləğv olunmasını və ya təxirə salındığını rəsmi şəkildə təsdiqləyirlərsə, ölkədə qalma müddətinin aşılması üçün cərimə tətbiq edilməyəcək. Əgər turistlər çıxış immiqrasiya nəzarətindən keçdikdən sonra geri qayıtmalı olsalar, lazım olan sənədləri İndoneziya qaydalarına uyğun olaraq əldə edə bilərlər.