Belarusun milli aviadaşıyıcısı “Belavia” martın 5-də Təl-Əvivə planlaşdırılan uçuşunu ləğv edib və hazırda Dohada olan turistləri geri gətirmək üçün təyyarə göndərməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb. Bildirilib ki, İsrailin Aviasiya Xidməti ölkə ərazisi üzərindən uçuşlara tətbiq edilən qadağanı martın 6-dək uzadıb. Nəticədə “Belavia” martın 5-nə planlaşdırılmış Minsk–Təl-Əviv–Minsk reysini ləğv etmək məcburiyyətində qalıb.