Qışda “yaylayan” rusiyalı qız - -30 dərəcədə şort geyinir
Kimi qışda ayaqlarını uzunboğaz çəkmədən çıxartmır, kimi isə yeni yay ayaqqabıları geyinməyə məqam axtarır.
ATV.az xəbər verir ki, Rusiyanın Tolyatti şəhərində yaşayan Qalina Kuteryova 10 ildən artıqdır ki, qışda yay paltarları ilə küçələri gəzir.
Hətta -30 dərəcədə şortla bayıra çıxan bu təqaütçü (!) qadın adət etdiyimiz rus nənələrinə bənzəmir.