ABŞ və İsrailə aid daha yeddi pilotsuz uçuş aparatı (PUA) İran səmasında məhv edilib.
“İki sahil” ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran ordusunun bəyanatında qeyd olunub.
Bildirilib ki, son saatlarda vurulan dronlar "MQ-9", "Heron", "Hermes" və "Orbiter" növlərindən olub.
"Bu PUA-lar Təbriz, Tehran, İsfahan, Xürrəmabad və Buşehr bölgələrində hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib" , - bəyanatda bildirilib.
İran ordusunun məlumatına görə, bununla da vurulan PUA-ların ümumi sayı 29-a çatıb.